Avropada qanuni yaşamaq istəyənlərə ŞAD XƏBƏR

20:59 | 25.07.2017
Avropada qanuni yaşamaq istəyənlərə ŞAD XƏBƏR

Avropada qanuni yaşamaq istəyənlərə ŞAD XƏBƏR

Dünya Azərbaycanlıları Assambleyası (DAA) Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Katibliyi tərəfindən Avropa İttifaqının (Aİ) qeyri-AB vətəndaşlarının hüquqi miqrasiyası ilə bağlı qanunvericiliyi ilə əlaqədar keçirilən müzakirələrində iştiraka dəvət olunub.

anews.az xəbər verir ki, bu barədə ölkə.az-a DAA-dan məlumat verilib.

Məlumata görə, müzakirələr bu il sentybarın 18-dək davam edəcək.

Müzakirə mövzularını Aİ-da işçilər, tələbələr, iş adamları, şirkət təmsilçilərinin, QHT nümayəndələrinin gələcəkdə oturum hüququ əldə etmə hüquqlarını əhatə edir, gələcəkdə bu və ya digər kateqoriyalardan olanlara oturumların verilmə prosedurlarına əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Müzakirələr əsasən 3 aydan çox müxtəlif səbəblərdən Avropada qanuni yaşamaq istəyənlərin eləcə də ailə birləşimi (evlilik, ailə səbəbi ilə) üçün müraciət edənlərə qanunvericilik bazasınıntəkmilləş dirilməsinə yönələcək.

Qanuni miqrasiya qanununverciliyinin əsas amalı miqrasiya axının effektiv idarə olunması, eyni zamanda Avro İttifaqa üzv olmayan ölkələrin vətəndaşlarının bu ərazidə qanuni yaşayanlara ədalətli münasibətin göstərilməsi üçün hazırlamışdı.

Əlavə və dəyişikliklər əsasən Avropada işçi ehtiyacının təmin olunması, İttifaq üzvü olmayan vətəndaşların əmək istismarının qarşısının alınmasını da nəzərdə tutur.

Yaxın günlərdə Assamleyanın insan haqları, layihələr və beynəlxalq əməkdaşlıq komitəsi Avropa Miqrasiya və Daxili İşlər katibliyinə öz təkliflərini hazırlayıb göndərəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM