Axar.az xəbər verir ki, bu açıqlama ilə macarların Rumıniyanın Transilvaniya əyalətindəki liderlərindən bir olan Laslo Tokeş çıxış edib. O, artıq Rumıniya hökumətindən belə bir tələbin edilməsi üçün zamanın qalmadığını bildirib: “Bizim artıq 25 ilimiz yoxdur ki, passiv şəkildə gözləyib, görüşlər keçirək. İndi vaxtımız çatıb və dərhal da hərəkətə keçməliyik. Bizim söz verməyə və səmada gəzməyə vaxtımız yoxdur. Yalnız kütləvi milli azadlıq hərəkatı macar cəmiyyətinin oyanmasına səbəb ola bilər”. Qeyd edək ki, Transilvaniya 1918-ci ilə qədər Avstriya-Macarıstan imperiyasının tərkibində olub. 1920-ci ildə Trianon sülh müqaviləsinə əsasən Rumıniyanın tərkibinə daxil edilib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !