Əl verib salamlaşmaq bakteriya yayılmasına səbəb olurGigiyenik cəhətdən yumruq toqquşdurmaq əl sıxıb görüşməkdən daha faydalıdır.ANS PRESS-in məlumatına görə, Uelsli bir universitetin alimləri görüş zamanı yumruq toqquşuraraq salamlaşmağın daha etibarlı olduğunu iddia edirlər. Alimlərin araşdırmasına görə, bu cür görüşmək bakteriyaya yoluxmaq ehtimalını xeyli azaldır.Uelsli alimlərin fikrincə, salamlaşarkən yumruq toqquşduran insanlar əl sıxıb görüşənlərdən 20% daha az bakteriyaya daşıyıcısı olurlar.Alimlər adət etdiyimiz salamlaşmanın xüsusən dəri təması ilə keçən xəstəliklərin yayılmasına səbəb olduğunu müəyyən ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !