Avropa İttifaqı: "Əsas partiyaların yeni parlamentdə təmsil olunması əhəmiyyət daşıyır"
Avropa İttifaqı (Aİ) Türkiyədə ötən gün keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı ilk açıqlama yayıb.
ANS PRESS-in məlumatına görə, Aİ-nin verdiyi açıqlamada seçkilərdə iştirak səviyyəsinin 86 faiz olmasının Türkiyədə demokratiyanın gücünün göstəricisi olduğu ifadə edilərək, qarşıdakıi dövrün Aİ-Türkiyə əlaqələrinin gücləndirilməsi üçün imkanlar ehtiva etdiyi vurğulanıb.
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini və Aİ Komissiyasının Qonşuluq qiyasəti və genişlənmə üzrə müzakirəcisi Yohannes Han tərəfindən verilən açıqlamada, əsas partiyaların yeni parlamentdə təmsil olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Onlar verilən şərhdə tezliklə Türkiyədə yeni parlament və hökumət yaradılmasının gözlədiklərini və yaxın vaxtlarda birlikdə iş birliyi yaradılması istəklərini söyləyiblər.
Xatırladaq ki, parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunun 7-də keçirilən parlament seçkilərində çoxluğu itirməsi vəziyyəti bir az çətinləşdirib. Belə ki, indiki nəticələrə görə ölkədə təkbaşına hökuməti formalaşdırmaq mümkün olmadığı üçün, koalisiya qurulmalıdır. Bu, alınmasa, təbii ki, təkrar seçki keçirilməlidir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !