Avropalı nazirlər Azərbaycana gəlir

11:27 | 08.09.2014
Avropalı nazirlər Azərbaycana gəlir

Avropalı nazirlər Azərbaycana gəlir

Bu gün Azərbaycan Respublikası Energetika Nazirliyində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin 4-cü qeyri-rəsmi Dialoq Görüşü keçiriləcək.ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuriy Prodan, Moldova Respublikasının iqtisadiyyat naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakreviskiy, Avropa Komissiyasının vitse-prezidenti Günter Ottinger və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.Görüşdə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerji təchizatı marşurutlarının diversifikasiyası və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr aparılacaq. Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin bundan əvvəlki qeyri-rəsmi Dialoq Görüşləri 5 iyun 2012-ci ildə Moldovanın paytaxtı Kişnyov şəhərində, 12-13 fevral 2013-c il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti