Şuşa media forumunda iştirak etmiş Avropanın nüfuzlu jurnalisti vəfat edib

18:47 | 26.07.2024
Şuşa media forumunda iştirak etmiş Avropanın nüfuzlu jurnalisti vəfat edib

Şuşa media forumunda iştirak etmiş Avropanın nüfuzlu jurnalisti vəfat edib

Ötən həftə Şuşada keçirilən beynəlxalq media forumunun iştirakçılarından biri, EU Repoter nəşrinin siyasi redaktoru Nik Pauell  "təbii səbəblərdən” dünyasını dəyişib. Bu barədə nəşrin baş redaktoru Kolin Stivensin dərc etdiyi başsağlığında bildirilib.

 "EU Repoter  bu həftə Azərbaycanda, Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edərkən, siyasi redaktor Nik Pauellin təbii səbəblərdən öldüyünü təəssüflə bildirir”,  - Stivens yazıb.

Onun sözlərinə görə, mərhum "geniş biliyi və beynəlxalq təcrübəsi ilə öz peşəsinin zirvəsinə qalxan əla jurnalist idi”.

Son dörd ildə EU Reporter-da Pauell təkcə Avropada deyil, həm də Ukrayna, Azərbaycan, Qazaxıstan və Banqladeş də daxil olmaqla baş verən hadisələri təhlil edib və problemlər barədə məlumat verib.

Bu yaxınlarda o, Avropa Parlamenti seçkilərinin nəticələrini işıqlandıran EU Reportyor qrupuna rəhbərlik edib.

Baş redaktorun qeyd etdiyi kimi, Pauell "baş nazirlərdən, nazirlərdən və səfirlərdən tutmuş jurnalist yoldaşlarına və texniki işçilərə qədər onu tanıyan və onunla işləyən hər kəs tərəfindən sevilir və hörmət edilirdi”.

EU Reporter-ə qoşulmazdan əvvəl Nikin ITV UK-dəki 33 ili Vestminsterdə Böyük Britaniya Parlamentinin tez-tez işıqlandırılmasını əhatə edirdi və o, həmçinin siyasət rəhbəri kimi İTV-nin Uels Parlamentinin işıqlandırılmasını təşkil edib və ona rəhbərlik edib.

"Nik İTV-dən ayrılanda Böyük Britaniyanın o zamankı baş naziri Boris Conson ona "siyasi jurnalistikaya çox yüksək səviyyədə” xidmətinə və "ədalətli və balanslı” reportajına görə təşəkkür edib.
 
Baş nazir əlavə edib ki, "bu ölkənin xalqı üçünhadisələrin  ədalətli, balanslı və ağıllı işıqlandırılması çox vacib idi və mən Nikə etdiyinə görə çox minnətdaram".
 
"Mən şəxsən Nik üçün çox darıxacam. O, yaxşı həmkar və gözəl dost idi”, -  baş redaktor fikrini yekunlaşdırıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM