"Barri Kalebaut” şokolad fabrikləri şəbəkəsinin sahibi Eji Ostapçuk Moskvanın mərkəzində yerləşən mənzilində ölü tapılıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, meyiti qan içində olan biznesmenin otağında 56 pivə butulkası və şüşə qırıqları tapılıb. Ekspertlər başından zədə alan Ostapçukun ölüm səbəbini araşdırırlar.
8 il əvvəl Rusiyaya köçərək "Barri Kalebaur Raşa” zavodunu idarə edən biznesmen yaxınlarda şokolad istehsalı ilə bağlı yeni müqavilə də imzalamışdı.
"Barri Kalebaut” şirkətinin mərkəzi ofisi İsveçrənin Sürix şəhərində yerləşir. 2013-2014-cü illər ərzində şokolad və kakao satışı ilə bağlı ticarət dövriyyəsi 6,5 milyard dolları keçib. Şokolad şirkətinin dünyanın 50-dən artıq nöqtəsində yerləşən zavodlarında 10 mindən artıq insan çalışır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !