Bu il TÜRKSOY Avstriyanın Vyana, Almaniyanın Köln və Fransanın Paris şəhərlərində Novruz Bayramı ilə bağlı tədbirlər keçirəcək.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib.
O xatırladıb ki, əvvəllər Novruz Bayramı tədbirləri YUNESKO-nun Paris və Strasburqdakı mərkəzlərində, BMT Baş Assambleyasının Nyu-York və Vaşinqtondakı binalarında, eləcə də Britaniyanın paytaxtı Londonda qeyd edilirdi.
O, deyib ki, bu il bayram tədbirləri bir çox dövlətlərdə keçiriləcək.
Xatırladaq ki, TÜRKSOY-un təşəbbüsü ilə Martın 21-i BMT-də Novruz Bayramı günü elan edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !