Avropanın ən çox işsiz olan ölkələri - STATİSTİKA

22:00 | 14.11.2014
Avropanın ən çox işsiz olan ölkələri - STATİSTİKA

Avropanın ən çox işsiz olan ölkələri - STATİSTİKA

Mərkəzi Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) sentyabr ayı etibarı ilə üzv ölkələrdə orta hesabla işsizlik nisbətinin yüzdə 7,2 olduğunu açıqlayıb.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, OECD-nin bu gün yaydığı işsizlik hesabatına görə, üzv ölkələrdəki işsizlik nisbəti avqust ayına görə 0,1 bal azalaraq 7,3 faizdən 7,2 faizə düşüb . Bu ölkələrdəki işsiz sayı isə sentyabr ayında 44,2 milyon olub.İşsizliyin 11,5 faiz səviyyəsində reallaşdığı avro bölgəsində, işsizliyin ən çox azaldığı ölkə 0,3 balla Portuqaliya olub. Bu ölkədə işsizlik nisbəti 13,6 faizdir. İkinci sırada isə 11,2 faizlə İrlandiyadır.İspaniya isə işsizlik nisbətini 0,2 bal aşağı salmasına baxmayaraq hələ də 24 faizlə ən yüksək işsiz olan ölkə ünvanını qoruyur. İşsizliyin ən az olduğu ölkə siyahısında isə 3,5 faizlə Cənubi Koreyadır. Bu ölkəni 3,6 faizlə Yaponiya izləyir. Meksika və İslandiyada isə işsizlik səviyyəsi 4,8 faizdir. ABŞ işsizlik səviyyəsini sentyabr ayında 0,1 bal azaldaraq 5,8 faizə çatdırıb.OECD ölkələrindəki gənc işsizlərin nisbəti sentyabrda əvvəlki aya görə 0,3 bal azalaraq 15,1 faizə düşüb. Yaşları 15-24 arasında olan gənc işsizlər, xüsusilə avro bölgəsində əhəmiyyətli problem olmaqda davam edir. Gənc işsiz nisbəti İspaniyada 53,7 faizə çatarkən, Yunanıstanda 50,7, İtaliyada 42,9, Portuqaliyada 35,2 faiz səviyyəsindədir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti