Avropanın ən titullu məşqçiləri - SİYAHI

16:40 | 28.04.2014
Avropanın ən titullu məşqçiləri - SİYAHI

Avropanın ən titullu məşqçiləri - SİYAHI

Avropanın ən titullu baş məşqçilərinin adları açıqlanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 12 məşqçinin yer aldığı siyahıya "Mançester Yunayted"in canlı əfsanəsi Ser Aleks Fergüsson başçılıq edir.

1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdıran şotlandiyalı mütəxəssis bu müddət ərzində 49 kuboka sahib çıxıb. Valeri Lobonovski (SSRİ, Ukrayna) 30 kubokla ikinci, Cok Stein (Şotlandiya) isə 26 kubokla üçüncü olub.

Qeyd edək ki, son illərdə qazandığı titullarla diqqət çəkən Joze Mourinyo 20 kubokla 7-ci, Pep Qvardiola isə 17 kubokla 12-ci pillədə qərarlaşıb. 

 

1. Ser Aleks Fergüsson (Şotlandiya) - 49 kubok

2. Valeri Lobonovski (SSRİ, Ukrayna) - 30 kubok  

3. Cok Stein (Şotlandiya) - 26 kubok 

4. Otmar Hitsfeld (Almaniya) - 26 kubok 

5. Covanni Trapatoni (İtaliya) - 22 kubok 

6. Uolter Smit (Şotlandiya) - 21 kubok 

7. Joze Mourinyo (Portuqaliya) - 20 kubok 

8. Bob Peysli (İngiltərə) - 20 kubok 

9. Oleq Romantsev (SSRİ, Rusiya) - 19 kubok 

10. Lui van Qal (Hollandiya) - 19 kubok  

11. Ernst Happel (Avstriya) - 17 kubok 

12. Pep Qvardiola (İspaniya) - 17 kubok 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM