Avropanın ən yaxşısı: “Land of Azerbaijan”lı “Atletiko”

18:16 | 20.11.2013

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsoru olduğu “Atletiko” 2013/14 mövsümü üçün UEFA-nın reytinqində birinci pilləyə yüksəlib.

Qol.Az-ın qitənin ali futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gələn "Land of fire Azerbaijan" formalı Madrid təmsilçisi 13 min 857 əmsalla liderlik mövqeyini qoruyur.

Siyahıda ikinci yeri “Bavariya” (13.457), üçüncü və dördüncü pillələri isə 12 min 857 əmsalla “Real” (Madrid) və “Barselona” tutur.

Bu mövsüm Avropa kuboklarında iştirak edən komandaların qitə miqyaslı turnirdə göstərdikləri nəticələrə əsasən, tərtib olunan reytinqdə

237 komanda yer alıb. 

Onların sırasında Azərbaycanın dörd təmsilçisi də var. Klublarımızdan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi siyahıda 99-cu (2000 əmsal) yeri tutur. “Neftçi” 129-cu (1500), “Xəzər Lənkəran” 173-cü (1000), “İnter” (1000) isə 174-cü yerdə qərarlaşıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM