Bu ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə keçmək istəyərəkən ölən qaçqınların sayı 2 870 nəfər' çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) yayıb.
BMT Uşaq Fondunun məlumatına əsasən, Avropaya sığınmaq istəyən mühacirlərin 1/4-i uşaqdır.
"Cari ilin ilk 7 ayında Avropa İttifaqı dövlətlərinə 133 min uşaq sığınmaq istəyib. Bu, 2014-cü illə müqayisədə 80 faiz çoxdur", - UNİCEF-in təmsilçisi Sara Krou bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !