Avropadan Türkiyəyə xəbərdarlıq

10:09 | 16.01.2015
Avropadan Türkiyəyə xəbərdarlıq

Avropadan Türkiyəyə xəbərdarlıq

Avropa Parlamenti Türkiyə hökumətinin ölkədə söz və ifadə azadlığına qarşı təzyiq göstərməsini sərt şəkildə tənqid edib.

Ötən gün deputatlar məsələ ilə əlaqədar müzakirələr aparıblar. Sonda səsvermə yolu ilə Türkiyəyə xəbərdarlıq edilməsinə dair bəyannamə qəbul olunub. 593 deputatdan 511-i qərarın lehinə səs verib.

Avropalı deputatlar, əsasən, ötən ilin dekabr ayında Zaman qəzeti və Samanyolu televiziyasına qarşı keçirilən reydləri təndiq ediblər.

14 dekabr reydləri zamanı 23 nəfər həbs edilmişdi. Həbs edilənlər arasında jurnalistlərlə yanaşı, produserlər, direktorlar, eyni zamanda, polis rəisləri və əməkdaşları da var idi. Türkiyə hökuməti saxlanılan şəxslərin "paralel hökumət” qüvvələri ilə əlqaəli olduğunu ehtimal edir

Ötən gün isə, "Cümhuriyyət” qəzeti Məhəmməd (S) peyğəmbərin karikaturasını dərc edən Fransanın "Şarli Ebdo” jurnalınından səhifələr yayımladığı üçün qəzetin redaksiyasına qarşı istintaq başladılıb. //anspress.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti