“Avroviziya 2014”də çıxış ardıcıllığı müəyyənləşib

17:38 | 04.02.2014
“Avroviziya 2014”də çıxış ardıcıllığı müəyyənləşib

“Avroviziya 2014”də çıxış ardıcıllığı müəyyənləşib

Bu il Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Avroviziya 2014” mahnı müsabiqəsində yarımfinalçıların çıxış ardıcıllığı müəyyənləşib.“Media forum” saytı xəbər verir ki, müsabiqədə iştirakını təsdiqləyən 37 ölkədən 13-ü təmsilçisini müəyyənləşdirib. Albaniya Hertsiana Matmuya, Avstriya Konçita Vurst, Belarus Yuri Vaşçuk (Teo), Ermənistan Aram Sərkisyan, Finlandiya “Softengine” qrupu, İsrail Mey Feynqold, İsveçrə Sebalter, İtaliya Emma Marrone, Makedoniya Tiyana Dapçeviç, Monteneqro Sergey Çetkoviç, Niderland İlze Delanj və Ueylona dueti, San Marino Valentina Monetta, Ukrayna Mariya Yaremçukla təmsil olunacaq.Birinci yarımfinal mayın 6-da, ikinci yarımfinal mayın 8-də, final mayın 10-da keçiriləcək.Birinci yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı:Birinci hissə:AlbaniyaAzərbaycanErmənistanEstoniyaİslandiyaİsveçLatviyaRusiya.İkinci hissə:BelçikaMacarıstanMoldovaMonteneqroNiderlandPortuqaliyaSan MarinoUkrayna.İkinci yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı:Birinci hissə:AvstriyaGürcüstanİsrailLitvaMaltaNorveçPolşa.İkinci hissə:BelarusFinlandiyaİrlandiyaİsveçrəMakedoniyaRumıniyaSloveniyaYunanıstan.Birbaşa finalda iştirak edəcək Danimarka, Fransa və İspaniya birinci yarımfinalda, Almaniya, Böyük Britaniya və İtaliya isə ikinci yarımfinalda səs verə biləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM