“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

23:09 | 07.05.2024
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.

Birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq.
Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycandır. 

Azərbaycanı yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar” mahnısı ilə təmsil edəcək. Onlar səhnəyə 12-ci çıxacaqlar.

İkinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti