“Avroviziya-2024”də bütün finalçılar bəlli olub

01:40 | 10.05.2024
“Avroviziya-2024”də bütün finalçılar bəlli olub

“Avroviziya-2024”də bütün finalçılar bəlli olub

İsveçdə "Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Nəticələrə əsasən mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyənləşib.

İkinci yarımfinaldan sonra aşağıdakı ölkələrin təmsilçiləri "Avroviziya-2024”ün finalına yüksəliblər: Yunanıstan,İsveçrə,Avstriya,Latviya,Gürcüstan,Estoniya,İsrail,Norveç,Niderlan,Ermənistan.

Müsabiqədən kənarda qalanlar: Malta,Albaniya,Belçika San Marino,Danimarka,Çexiya.

Müsabiqənin finalı mayın 11-də Malmö Arenanın səhnəsində baş tutacaq. Finalda 26 ölkə mübarizə aparacaq. Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveç birbaşa finala çıxıb.

 ***

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.

Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.

Yarımfinalın sonunda televiziya izləyicilərinin səsverməsi nəticəsində finala çıxan ikinci onluq elan ediləcək, onlar müsabiqədə iştiraklarını davam etdirəcək və "Avroviziya-2024”ün mayn 11-də finalında yenidən səhnəyə çıxacaqlar.

"Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalına dünən yekun vurulub. Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar. Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb