Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena”da "Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycanı "Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq "Mata Hari” adlı mahnısını ifa edəcək.
Ölkəmizin rəqibləri Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !