Avstraliyanı sarsıdan açıqlama

23:44 | 26.02.2015
Avstraliyanı sarsıdan açıqlama

Avstraliyanı sarsıdan açıqlama

 

 
 
 
Avstraliyanın xarici işlər naziri Culie Bişop parlamentdəki çıxışında son dövrlərdə terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa gedən avstraliyalı qadınlardan danışıb.
 
ANN.Az türk mediasına istinadən xəbər verir ki, Bişop Suriya və İraqda İŞİD-in tərkibində döyüşən həyat yoldaşlarının yanına və ya ora evlənməyə gedən avstraliya qadınların sayının gün keçdikcə artdığını deyib: 

"Avstraliyadan da 40-a qədər qadın terror hərəkatına qoşulub, ya da onu dəstəkləyir. Suriya və İraqa gedən xarici  vətəndaşların hər beş nəfərdən biri qadındır". 
 
Bişop bundan başqa, ailələrə xəbərdarlıq edib ki, valideynlər övladlarını  belə təşkiatlara qoşulmaqdan qorumalarıdılar.
 
ANN.Az


 

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM