Avstriya mətbuatı: “Ağdam işğal olunub və darmadağın edilib”

10:01 | 29.07.2014
Avstriya mətbuatı: “Ağdam işğal olunub və darmadağın edilib”

Avstriya mətbuatı: “Ağdam işğal olunub və darmadağın edilib”

Avstriya mətbuatında Çempionlar Liqasında “Zalsburq”un rəqibi olan “Qarabağ” haqda geniş yazı dərc edilib.
Qol.Az-ın xəbərinə görə, “Weltfussball” nəşrindəki yazıda əvvəlcə “Qarabağ” – “Zalsburq” matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionundan bəhs edilib, məşhur azərbaycanlı referi haqda məlumat verilib.
Daha sonra “Qarabağ”ın təmsilçisi olduğu Ağdam rayonunun Ermənistan tərəfindən işğal edildiyinə diqqət çəkilib. Bu işğal nəticəsində Ağdamın darmadağın edildiyi bildirilib. 1993-cü ilin iyulun 23-də Ağdamın işğalından sonra “Qarabağ”ın ev oyunlarını başqa şəhərlərdə keçirmək məcburiyyətində qaldığı qeyd olunub.
Yazıda bildirilib ki, beynəlxalq təşkilatlar  da Ağdamın Azərbaycanın ərazisi olduğunu təsdiqləyib: “Hazırda Ağdam da daxil olmaqla Qarabağın işğalı davam edir. Orada Ermənistanın dəstəyi ilə hakimiyyət (Dağlıq Qarabağın separatçı rejimi nəzərdə tutulur – red.) formalaşdırılıb”.
Yazıda “Qarabağ”ın futbolçularının Azərbaycanın ərazi butövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi bildirilib. Bu zaman uzun illər Ağdam klubunun kapitanı olan, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Qarabağ döyüşlərində şəhid olmasına diqqət çəkilib.
Yazıda həmçinin qeyd edilib ki, 1998-2001-ci illərdə “Qarabağ” klubu ciddi maliyyə problem ilə üzləşib. Amma həmin vaxt “Azərsun Holdinq” komandanı himayəsinə götürüb, o vaxtdan çətinliklər də həll edilib. “Qarabağ”ın 21 fasilədən sonra 2014-cü ildə Azərbaycan çempionu olduğu da vurğulanıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM