Avstriya miqrantlar üçün "fövqəladə qaydaları ləğv edir"

10:36 | 07.09.2015
Avstriya miqrantlar üçün

Avstriya miqrantlar üçün "fövqəladə qaydaları ləğv edir"

Avstriya minlərlə miqrantın Macarıstandan sərbəst şəkildə Qərbi Avropaya getməsini asanlaşdırmaq üçün xüsusi ölçülər tətbiq edəcəyini deyir.

Kansler Werner Faymann bildirib ki, Avstriya sığınacaq istəyənlər üçün nəzərdə tutulan fövqəladə ölçüləri "addım-addım" ləğv edəcək.

Qaydaların asanlaşdırılması həftəsonu minlərlə miqrantın Macarıstandan Avstriya və Almaniyaya getməsinə imkan yaradıb.

Miqrantların üstünlük verdiyi Almaniya xəbərdarlır edib ki, onun yardım istəyi "ölçüsüz başa düşülməməlidir".

Almaniyanın daxili işlər naziri bildirib ki, son günlərdə miqrantlara güzəştlər tətbiq edilməsi istisna idi və sığınacaq istəyənlər üçün ilk ölkəyə giriş qaydası qüvvədə qalır.

Avropa İttifaqı üzvləri arasında məsələ ətrafında kəskin narazılıqlar barədə BMT Qaçqın üzrə Katibi Antonio Guterres bildirib ki, dövlətlər birgə plana razı olsaydı böhranı "həll etmək olardı".

Avstriya 12 mindən çox insana yardım etdiyini bildirib. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti