Avstriya miqrantlara görə sərhədə divar hörəcək

18:13 | 28.10.2015
Avstriya miqrantlara görə sərhədə divar hörəcək

Avstriya miqrantlara görə sərhədə divar hörəcək

Avstriya son vaxtlar miqrant axınının əsas marşrutuna çevrilən Sloveniya ilə sərhədə divar tikəcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Yohan Mikl-Laytner deyib: "Bu sərhədlərin bağlanması üçün deyil, ölkəyə daxil olan insanların qaydaya uyğun qeydiyyata alınması üçün ediliır”.

  Bununla belə, nazir divarın tikilmə vaxtı barədə açıqlama verməyib.  
Avropa Sərhəd Xidmətinin məlumatına görə, son 9 ayda Avropa İttifaqına su və quru yolu ilə 710 mindən artıq miqrant daxil olub.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM