Avstriyanın kansleri Werner Faymann deyib ki, hasar sərhədi tam bağlamayacaq, lakin onun vasitəsilə ölkəyə daxil olanlara daha yaxşı nəzarət imkanı yaranacaq.
Bəyanatdan əvvəl Almaniya bildirib ki, sığınacaq müraciətləri rədd ediləndən sonra deportasiya olunmalı adamların sayının artacağını gözləyir.
Bu arada Yunanıstanın Lesbos adası sahillərində gəminin batması nəticəsində 3 miqrant ölüb, 242 nəfər isə xilas edilib.
"Biz neçə adamın itkin düşdüyü barədə tam məlumata malik deyilik”, - Yunanıstan sahil mühafizə xidmətinin nümayəndəsi deyib.
Belə görünür ki, Avropa miqrant böhranı mərkəzində duran Avstriya ilə Almaniya məsələyə dair mövqelərini sərtləşdirirlər, BBC-nin Avropa məsələləri üzrə müxbiri Damian Grammaticas xəbər verir.
BMT dəyərləndirməsinə görə bu il Avropaya gəmi vasitəsilə 700 mindən artıq miqrant gəlib.
Onların əksəriyyəti müharibəyə düçar olmuş Suriyadandır. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !