Avstriyadan Azərbayacana təşəkkür

14:28 | 12.06.2015
Avstriyadan Azərbayacana təşəkkür

Avstriyadan Azərbayacana təşəkkür

MOK prezidenti yaralanan idmançılara göstərilən köməyə görə minnətdarlıq edib

Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.

ANS PRESS-in məlumatına görə, o bu barədə özü TASS-a açaıqlamasında deyib. 

Onun sözlərinə görə, Avstriyaya gətirilən Vanessa Sahinoviç artıq əməliyyat olunub, Verena Breyt isə Bakıda qalıb. Lakin o yarışlarda iştirak edə bilməyəcək. 

"Biz bu hadisənin necə baş verdiyini araşdıracağıq. Bu arada idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür edirəm. Bu dəhşətli hadisədir. Digər tərəfdən isə biz irəliyə baxmalı, öz komandamıza inanmalıyıq". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM