Peruda sərnişinlə dolu avtobus dərəyə düşüb, nəticədə 15 nəfər ölüb.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. İnsident paytaxt Limadan 216 km şimal-şərqdə, ölkənin dağ rayonunda baş verib. Ölənlər arasında 1 yaşlı uşağın da olduğu bildirilir. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !