Avtobus sürücülərinin nəzərinə

10:40 | 21.11.2014
Avtobus sürücülərinin nəzərinə

Avtobus sürücülərinin nəzərinə

Paytaxtda sərnişin daşınması üçün yeni yaradılmış “Baku Bus” MMC gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq. Bununla əlaqədar şirkət avtobus sürücülərinin işə qəbulunu aparır.ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, “Baku Bus” MMC-dən bildirilib ki, hazırda sürücülərin müraciətləri davam edir:“Həmçinin müraciət edən sürücülərin sənədlərinə baxılır. İş üçün müraciət edənlərin sayı çoxdu”. Avtobuslara gəlincə, “Baku Bus” MMC-dən bildiriblər ki, avtobuslar da sifariş olunub: “Hələ ki, avtobuslar gətirilməyib. Deyilən zamanda fəaliyyətə başlayacağımızı düşünürük. Hazırda bu istiqamətdə işlər aparılır”.Xatırladaq ki, təqribən 400 təcrübəli avtobus sürücüsünün işə götürülməsi planlaşdırılır. Namizədlərdən 30-55 yaşında olmaları, azı 5 il avtobus sürücüsü kimi iş təcrübəsi, “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. “Baku Bus” MMC-də çalışan avtobus sürücüləri ilkin olaraq 700 manat maaş alacaqlar. Sonradan bu məbləğ artacaq. Sürücülərdən gündəlik plan da tələb olunmayacaq. Çünki, avtobuslarda ödəniş kart sistemi ilə, validatorların köməyi ilə həyata keçiriləcək. “Baku Bus” MMC-də sürücülərin iş rejimi daha rahat olacaq. Sürücülər "4 gün iş, 1 gün istirahət" sxemi ilə çalışacaqlar. 4 iş günündən 2-də iş vaxtı səhər saat 6-dan günortadan 15-dək, digər 2 gün ərzində isə saat 15-dən 24-dək olacaq.“Baku Bus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. “Baku Bus” MMC-ə məxsus 150 avtobus Fransa istehsalı olan “İveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gələcək. Avtobuslar sıxılmış maye qaz ilə işləyir və Avro 6 standartına uyğundur. Onlar GPS sistemi ilə təchiz olunur. “Baku Bus”ın sürücüləri işə başlamazdan əvvəl onlara fransız mütəxəssislər tərəfindən təlim keçiləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM