Avtobus və metroda qiymətlər bahalaşır - BU TARİXDƏN

16:10 | 31.01.2023
Avtobus və metroda qiymətlər bahalaşır - BU TARİXDƏN

Avtobus və metroda qiymətlər bahalaşır - BU TARİXDƏN

Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə 2023-cü il fevralın 3-dən Azərbaycanda avtobus və Bakı metropoltenində gediş haqqı 30 qəpikdən 40 qəpiyə kimi artıb. Bu barədə Tarif Şurası məlumat verib. 
 
"Metroda və avtobusda sərnişindaşıma üzrə tarif 10 qəpik artırılaraq 40 qəpiyə çatdırılıb. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub)" - qərarda bildirilib. 

Sonuncu dəfə Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı 2018-ci ildə bahalaşmışdı. 

Qiymət artımının səbəbi Tarif Şurası tərəfindən bildirilməyib.

 
Gülnar 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb