• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edilib

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edilib
20.11.2024 19:00
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün paytaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrinə qarşı reyd həyata keçirib.

Reyd çərçivəsində qaydaları pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Toğrul Nəsirli bildirib ki, tədbirlər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq həyata keçirdiyi nəzarət-profilaktiki tədbirlər çərçivəsində baş tutub: 

"Təssüflə qeyd etməliyəm ki, edilən xəbardarlıqlara baxmayaraq yenə də bəzi sürücülər həmin zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaradırlar. Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu olmaqla yanaşı, həm də öz növbəsində inzibati məsuliyyət yaradır. Bu gün paytaxt ərazisində keçirilən tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahişimiz eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:26
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:16
Faktiki hava açıqlanıb
Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək
Cəmiyyət 08:59
Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:07
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Cəmiyyət 19:06
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Sabah ilin son Ay tutulması olacaq
Cəmiyyət 16:47
Sabah ilin son Ay tutulması olacaq
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Cəmiyyət 14:13
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Cəmiyyət 13:30
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Cəmiyyət 13:10
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol