Avtobuslar üçün ayrıca xətt ayrıla bilər

14:17 | 16.12.2013
Avtobuslar üçün ayrıca xətt ayrıla bilər

Avtobuslar üçün ayrıca xətt ayrıla bilər

Şəhər nəqliyyatının hərəkətinin araşdırılmasında ilkin mərhələdəyik.Hökumətlə razılaşdırdığımız konkret təkliflər yoxdur. Amma biz avtobuslarla bağlı ayrıca xəttin ayrılmasını təklif edirik.Gün.Az-ın verdiyi xəbərə görə bunu Asiya İnkişaf Bankının Azərbacan nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.“Həmçinin nəqliyyatlararası keçidin yaxşılaşdırılmasını təklif edirik. Biz bir neçə variantı nəzərdə keçiririk. Əsas məqsəd tıxacın aradan qaldırılmasıdır”.Onun sözlərinə görə, bu qiymətləndirmə, araşdırma iyulda tamamlanacaq.O həmçinin Azərbaycanda ödənişli yollarla bağlı layihənin mümükünlüyünü bildirib.“Bunun üçün yalnız texniki deyil, siyasi qərar da lazımdır. Biz hesabatlarımızı hökumətə təqdim etmişik. Artıq ödənişli yollar sırf hökumətdən asılıdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM