Avtobuslarda gediş haqqı 50 qəpik olmayacaq - RƏSMİ

13:08 | 05.09.2020
Avtobuslarda gediş haqqı 50 qəpik olmayacaq -  RƏSMİ

Avtobuslarda gediş haqqı 50 qəpik olmayacaq - RƏSMİ

Gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 
 
Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır", -deyə açıqlamada bildirilir. 
 
Hazırda Azərbaycanda ictimai nəqliyyatda yol pulu 30 qəpik təşkil edir. Sosial şəbəkədə bu qiymətin 50 qəpiyə qədər artırılacağı barədə xəbərlər yer alıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM