Avtobuslarda yeni gediş kartlarından necə istifadə etməli?

14:00 | 15.01.2014
Avtobuslarda yeni gediş kartlarından necə istifadə etməli?

Avtobuslarda yeni gediş kartlarından necə istifadə etməli?

Tezliklə Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqını gediş kartlarının köməyi ilə ödəmək mümkün olacaq.Oxu.Az xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyinin məlumatına görə, 2014-cü ilin sonunadək paytaxtdakı bütün ictimai nəqliyyat tamamilə kartla ödəniş sisteminə keçəcək.Hazırda kartla ödəniş paytaxtın iki avtobusunda – 10 və 95 saylı marşrut xətti ilə hərəkət edən avtobuslarda həyata keçirilir.Fevralın sonunadək nağdsız ödəniş sistemi 650 avtobusun hərəkət etdiyi daha 36 marşrut xəttində tətbiq olunacaq.“Yolkart” adlanan layihə çərçivəsində hazırlanan nəqliyyat kartlarının emitenti ilə “Bank of Azerbaijan” ASC məşğul olur.Beləliklə, “Bank of Azerbaijan” xüsusi yaradılmış www.yolkart.az saytında yeni gediş kartlarından istifadə qaydalarını izah edib.Avtobuslarda kartla ödəniş sisteminin tətbiqi yeni başlayıb. Bu, sərnişinlərə yeni sistemlə yanaşı müəyyən dövr ərzində gedişhaqqını əvvəlki kimi nağd pulla ödəməyə imkan verir.  Belə ki, sərnişin nəqliyyat kartı almayıbsa, o zaman sürücüdə ehtiyat kartın olması nəzərdə tutulub – onun köməyi ilə gedişhaqqını ödəmək mümkün olacaq.Sərnişinlərin avtobuslara minməsi qaydası köklü şəkildə dəyişəcək. Məlum olduğu kimi, vətəndaşlar hazırda buna xüsusi əhəmiyyət vermirlər – günün qızğın vaxtlarında əsas avtobusa əyləşməkdir. Lakin indi bu proses tənzimlənəcək. Avtobusa yalnız ön qapıdan daxil olmaq olar. Bu, validatora (kartdan informasiyanın oxunması üçün qurğuya) sərbəst çıxışı təmin etmək üçün nəzərdə tutulur. Avtobusdan yalnız arxa qapıdan düşmək mümkün olacaq. Beləliklə, gedişhaqqı avtobusa minərkən ödəniləcək.Gedişhaqqının ölçüsü qəbul edilmiş tariflərə uyğun olacaq.Bakıda nəqliyyat kartlarını “Topaz” məntəqələrində, “Qasid” və yeni köşklərdən, həmçinin “Bank of Azerbaijan”ın bütün filiallarından almaq mümkün olacaq.Kartın qiyməti 3 manatdır. Bunun 2 manatı depozit məbləği, 1 manat isə balansa yüklənəcək.Nəqliyyat kartları iki növdə - ümumi və adlı olacaq. Ümumi kartın alınması üçün hansısa sənəd təqdim etmək lazım deyil. Kartın sahibi ona gün ərzində 20 manatadək pul yükləyə bilər.Karta ehtiyac olmadıqda,  onu geri qaytarmaq mümükündür. Bu zaman kart sahibi balansında olan pulları geri alacaq.Vətəndaşlar nəqliyyat kartının balansını “Bank of Azerbaijan”ın filiallarında, “Qasid” məntəqələrində, “Yolkart” loqosu ilə təchiz olunmuş supermarket və digər ticarət obyektlərində ödəyə bilərlər.Nəqliyyat kartının balansına köçürüləcək minimal məbləğ 1 manatdır.  Kartın balansının cari vəziyyətini onların satışının həyata keçirildiyi yaxud da balansın artırıldığı məntəqələrdə öyrənmək olar.Balansında pul olan kart yarasız vəziyyətə gətirilərsə, onun sahibi “Bank of Azerbaijan”ın filiallarına müraciət etməlidir (şəxsiyyəti təsdiq edən sənədlə birlikdə). Bu zaman bank vətəndaşa yeni kart təqdim edəcək və köhnə kartdakı balans da yenisinə yükləniləcək. Lakin bu zaman 2 manat ölçüsündə olan depozit məbləğini təkrar ödəmək lazımdır.Əgər ümumi (adsız) kart itirilərsə, onun balansıda qalmış, istifadə olunmuş məbləğ də bərpa edilmir və həmçinin itirilmiş sayılır. Lakin bu, adlı nəqliyyat kartlarının sahiblərinə aid deyil – onlar öz pullarını saxlaya biləcəklər. Bank yeni kartları bu şəxslərə verərkən itirilmiş kartdakı qalıq vəsaitləri bərpa edəcək.Adlı nəqliyyat kartlarının köməyi ilə nəqliyyatda ödənişlə yanaşı həmçinin kartdakı balans civarında alış-veriş də etmək mümkün olacaq.Adlı nəqliyyat kartını “Bank of Azerbaijan”ın filiallarından əldə etmək olar. Bu zaman şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Adlı kartlar 5 növdə olacaq. Bu kartların qiyməti, illik xidmət məbləği də daxil olmaqla, 10 manatdan 50 manatadək təşkil edir.  Arayış üçün, paytaxtda yerüstü nəqliyyatda gündəlik sərnişin dövriyyəsi təxminən 1,4 milyon nəfər təşkil edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM