Avtomobil istifadə edən qadınlar terroristlərlə eyni məhkəmədə

18:00 | 27.12.2014
Avtomobil istifadə edən qadınlar terroristlərlə eyni məhkəmədə

Avtomobil istifadə edən qadınlar terroristlərlə eyni məhkəmədə

Səudiyyə Ərəbistanında avtomobil istifadə etdiyi üçün həbs olunan iki qadın terror cinayətinə baxan bir məhkəməyə sövq edilib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, iki qadın hüquqları müdafiəçisi qadınların avtomobil istifadəsi qadağasına məhəl qoymadığı üçün Səudiyyə Ərəbistanının şərqindəki Lahsa əyalətində məhkəmə araşdırması başlayıb.

Onların işinə terroristlərin mühakimə olunduğu məhkəmədə baxılması qərarı verilib.

Tutulan qadınlarda birinin "Twitter"da 228 min təqibçisi var. Tutulmazdan əvvəl əyləncəli bir şəkildə 24 saatlıq avtomobil istifadə protestosunun detallarını izah etmişdi. Digər qadının isə 131 min təqibçisi var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların avtomobil istifadə etməsinə icazə verməyən yeganə ölkədir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM