Azərbaycanda "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilir.
Bu barədə anews.az-a yol-nəqliyyat sahəsində ekspert Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, ən əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobili qeydiyyatdan keçirərkən (o cümlədən addan-ada keçirərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən şəxsin yol hərəkəti qaydalarını pozmaya görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin prosesləri həyata keçirmək mümkün olmayacaq.
"Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək. Ona görə də qaydaları pozmayın, pozduqda da cəriməni vaxtında ödəyin ki, sonra yeni problem çıxmasın".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !