Avtomobil sığortasında vahid qiymətləndirmə cədvəli hazırlanacaq

19:27 | 04.12.2014
Avtomobil sığortasında vahid qiymətləndirmə cədvəli hazırlanacaq

Avtomobil sığortasında vahid qiymətləndirmə cədvəli hazırlanacaq

Azərbaycanda bir sıra sığorta şirkətinin nümayəndələrinin iştirakı ilə avtonəqliyyat vasitələrinin vahid qiymətləndirmə cədvəlinin hazırlanması qərara alınıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki,  Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığorta şirkətlərinin avtomobil üzrə anderrayterləri və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə bu qərara gəlinib.

Bu cədvələ əsasən, avtomobillərin istehsal olunduğu ölkə, marka və istehsal ilindən asılı olaraq onların bazar dəyəri müəyyən ediləcək: "Yəni, müəyyən edilmiş əmsallar (faiz göstəriciləri) əsasında hər bir maşının istehsalından neçə il keçməsindən asılı olaraq, onun ilkin satış dəyərini nə qədər itirdiyi hesablanacaq. Beləliklə, işlənmiş avtomobillər sığortalanarkən sığorta məbləği və sığorta haqqı ilə bağlı mübahisələr aradan qalxmış olacaq".

Qeyd edək ki, görüş ASA-nın noyabrın 11-də baş tutmuş Könüllü sığorta Komitəsinin iclasının yekunları əsasında təşkil edilib. Həmin iclasda "Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları"nda əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilib. "Məsələ ondadır ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır. Buna görə də, məsələnin qiymətləndirmə ilə məşğul olan sığorta mütəxəssislərinin iştirakı ilə müzakirə edilməsinə qərar verilib", - deyə ASA-dan bildirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM