Avtomobil yollarına zərər vuranlar 800 manat cərimə olunacaqlar

Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin hazırkı variantında qeyd edilib ki, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
www.anews.az