Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edilib - Video

19:37 | 03.04.2024
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edilib - Video

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edilib - Video

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə  FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford” markalı yük avtomobili idarəetməni itirərək irəlidə hərəkət edən "Belarus” markalı nəqliyyat vasitəsinə çırpılaraq yol kənarına aşıb və yük avtomobilindəki sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan Lənkəran rayonu, Göyşaban kənd sakini Abbasov Samir Yusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb