Avtomobillə sərnişin daşınma qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq olunacaq

13:24 | 31.12.2023
Avtomobillə sərnişin daşınma qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq olunacaq

Avtomobillə sərnişin daşınma qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq olunacaq


Sabahdan avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.

Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə ək
sini tapıb.

Qanuna əsasən, aşağıdakı pozuntulara görə də cərimə müəyyənləşib:
- beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda həyata keçirilməsinə;

- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsindən kənarda həyata keçirilməsinə;

- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımanın bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;

-qeyri-müntəzəm sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə əlli manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə cərimə ilə bağlıdır. Əgər hazırda buna görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilirsə, layihəyə görə bu halla əlaqədar artıq əlli manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Qanuna əsasən, qeyri-müntəzəm sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsi ilə bağlı inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən formulyarın forması müəyyən edildikdən sonra yaranacaq.

Həmçinin layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə olan cərimə dəyişib. Belə ki, artıq :
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına;

- "Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə;

- müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına;

- müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə;

- taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmamasına;

- taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına;

- qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə;

-qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə əlli manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan qanuna görə isə bu məbləğ 40 manatdan 50 manatadək məbləğdə müəyyən edilib.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM