Avtomobillərin qiymətində bahalaşma

09:20 | 17.12.2013
Avtomobillərin qiymətində bahalaşma

Avtomobillərin qiymətində bahalaşma

Yanacağın qalxmasını görən alıcılar avtomaşınların ucuzlaşacağını ümid edərək bazara gəlsələr də bahalaşmayla barışa bilmirlər

Avtomobil bazarlarında əsasən kiçik tutumlu mühərrikli avtomaşınların qiymətinin qalxması alıcıları narahat edir. Xüsusilə yanacağın qalxmasını görən alıcılar avtomaşınların qiymətinin aşağı olmasına ümid edərək bazara gəlsələr də qarşılaşdıqları vəziyyətlə barışa bilmirlər.

Yanacağın qalxmasından sonra bazarlarda gözlənilməyən bu artım sözün əsl mənasında alıcılar üçün də xoş supriz olmadı. Elə buna görə də alıcılar kiçik tutumlu mühərikli və dizel ilə işləyən avtomobil almağa üstünlük verirlərAlıcılardan fərqli olaraq satıcılar bu bahalaşmanı benzinlə deyil, maşınların alış yerindən baha alınması ilə əlaqələndirir. Bundan başqa satıcılar benzinin qalxmasi ilə əlaqədar alıcıların daha çox kiçik tutumlu mühərrikli və dizel yanacağı ilə çalışan avtomaşınlara üstünlük verdiyini bildirir.Ancaq bu bahalaşmanın səbəbini avtomaşınlara olan təlabatın çoxluğunda görən iqtisadi ekspert Samir Əliyev "anspress"ə bildirib ki, əsasən avtomobil alan alıcılar daha çox taksi fəaliyyəti ilə məşğul olur .“Alış yerindən Avropada avronun kursu yüksək olduğundan qiymətdə yüksəlmə qeydə alınır. Bundan başqa gömrükdən avtomobil keçirərəkən qiymət yuxarıdır”.Ekspert onu da bildirib ki, ölkəyə gətirilən kiçik tutumlu mühərrikli avtomobillərin qiymətinin qalxma səbəbi elə onlara olan yüksək təlabatdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti