"Microsoft Band 2" adlanan qurğunun köməyi ilə "Volvo" avtomobil sahibləri minik vasitəsilə ünsiyyət qura biləcəklər.
Portativ qurğu və "Volvo on Call" mobil proqramı vasitəsilə avtomobilə naviqasiya sistemini quraşdırmaq, salonun isitmə sistemini işə salmaq, qapıları kilidləmək və s. kimi müxtəlif təlimatlar vermək mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" resursuna istinadən yazır ki, 2015-ci ilin noyabrında "Volvo" və "Microsoft" perspektiv əməkdaşlığa başlayıb.
Bu əməkdaşlıq çərçivəsində şirkətlər birgə səsli idarəetmə funksiyasına malik sözügedən qurğunu təklif edib.
Qeyd edək ki, texnologiyanın bazara 2016-cı ilin yazında çıxarılması gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !