Avtonəqliyyat sığortasının həcmi açıqlandı

19:00 | 08.09.2017
Avtonəqliyyat sığortasının həcmi açıqlandı

Avtonəqliyyat sığortasının həcmi açıqlandı

Bu ilin avqust ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 114 555 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

anews.az  İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunlardan 17 903-ü xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 8 833 587 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 23%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. Noyabrın 1-nə qədər kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixə qədər qüvvədədir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, "Atəşgah Sığorta", "Standard İnsurance”, "AtaSığorta”, "Xalq Sığorta”, "PAŞA Sığorta”, "AXA-Mbask”, "AzSığorta”, "Meqa Sığorta”, "Silkway Insurance", "Azərbaycan Sənaye Sığorta”, "Qala Sığorta” və "Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM