AvtoVAZ Azərbaycanda Lada avtomobillərinin istehsalına başlayıb

14:09 | 29.03.2024
AvtoVAZ Azərbaycanda Lada avtomobillərinin istehsalına başlayıb

AvtoVAZ Azərbaycanda Lada avtomobillərinin istehsalına başlayıb

"AvtoVAZ” SC Azərbaycanda "Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır. Bu barədə AvtoVaz-ın yaydığı məlumatda bildirilib. 

Avtomobil istehsalçısının məlumatına görə,  Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib. Layihə çərçivəsində xüsusi işə götürülən işçilərə Tolyattidəngələn mütəxəssislər təlim keçib. 

AvtoVAZ təmsilçisi Maksim Sokolov bildirib ki, , Lada-nın Azərbaycanda istehsal sahəsində  bu 1,5 minə yaxın avtomobil istehsal ediləcək. 

"Biz Granta modelindən  başlayırıq və 2024-cü ilin sonuna qədər Niva - Legend və Travel  modellərinin də Azərbaycanda yığılmasını təmin etməyi düşünürük. Sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçir.  Növbəti bir neçə ildə illik istehsal həcmini 4-5 min avtomobilə çatdırmağı düşünürük”, - Sokolova deyib. 

O həmçinin qeyd edib ki, Azərbaycanda yerli istehsalın açılması Lada-nın Azərbaycanda  bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa kömək edəcək.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb