“Avtovağzal” stansiyasının açılışı gələn ilə qaldı

20:00 | 15.07.2014
“Avtovağzal” stansiyasının açılışı gələn ilə qaldı

“Avtovağzal” stansiyasının açılışı gələn ilə qaldı

““Avtovağzal” metrostansiyasının açılışına hələ çox var, 2015-ci ildə istifadəyə veriləcək”. Bunu Modern.az saytına açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev deyib. O qeyd edib ki, hazırda metrostansiyada  təmir və tikinti işləri davam etdirilir.Nəsimi Paşayev “28 May” metrostansiyasının çıxış hisəsinin hazırda təmir olunduğunu və yaxın vaxtlarda istifadəyə veriləcəyini də bildirib. Qeyd edək ki, Metropoliten tarixində ilk dəfə olaraq  “Avtovağzal” metrostansiyasında yaşlılar, fiziki imkanı məhdud olan şəxslər üçün travolatorlar da olacaq. Onlar eskalatorlar kimi səs-küysüz və əlverişli hərəkət vasitəsidir. Yeni stansiya vətəndaşların "Avtovağzal" kompleksinə gediş -gəlişini asanlaşdıracaq. Stansiyanın uzunluğu 2 km 200 metr olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM