Avtovağzalda biletin qiymətindən əlavə pul alınır? - VIDEO

07:44 | 03.09.2018
Avtovağzalda biletin qiymətindən əlavə pul alınır? - VIDEO

Avtovağzalda biletin qiymətindən əlavə pul alınır? - VIDEO

Mingəçevirdən Bakıya gedən sərnişin ondan artıq pul alındığını iddia edir. Kassaya yaxınlaşan şəhər sakini bilet almaq üçün nə qədər ödəniş edəcəyini soruşub. Bu zaman ondan 7 manat 40 qəpik əvəzinə, 8 manat alınıb. Biletin üstünə altmış qəpik yazılmış əlavə çek də tikilib.

Axar.az-ın məlumatına görə, Mingəçevir avtovağzalından Xəzər TV-yə həmin iddia ilə bağlı verilən cavabda bildirilib ki, sərnişin bilet alıb bu gün paytaxta yola düşürsə, 7 manat 40 qəpik, əgər sabah və ya on gün sonra üçün sifariş edirsə, bu zaman əlavə olaraq altmış qəpik ödəməlidir.

Baş dispetçer Behçət Məmmədov əvvəlcədən satılan biletlər üçün alınan muzd haqqının bütün avtovağzallarda tətbiq edilidiyini və qanunsuz olmadığını bildirib.

Mingəçevirdən Bakıya gedən digər sərnişinlər də əvvəlcədən bilet aldıqda əlavə olaraq altmış qəpik ödəniş etdiklərini bildirib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə yeni tariflərin qəbul edilməsindən əvvəl Mingəçevirdən Bakıya gediş haqqı beş manat, əvvəlcədən bilet aldıqda isə əlavə olaraq əlli qəpik ödəniş edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM