Avtovağzalda sıxlıq yaşanır - FOTO

09:48 | 15.06.2018
Avtovağzalda sıxlıq yaşanır - FOTO

Avtovağzalda sıxlıq yaşanır - FOTO

Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalında görünməmiş sərnişin sıxlığı müşahidə olunur.

Axar.az xəbər verir ki, avtovağzalda olan müxbirimizin sözlərinə görə, hətta əvvəldən bilet alan sərnişinlər belə biletlərində göstərilən saatda avtobusa minə bilməyib.

Sərnişinlərin bir çoxu isə bilet yoxluğundan və avtobus olmamasından şikayətlənib.

Sərnişinlərin şikayəti əsasən Qəbələ, Ağdaş, İsmayıllı, Quba istiqamətində işləyən abtobuslardandır.

Digər şikayət isə avtobus sürücülərinin biletin qiymətindən artıq pul tələb etməsidir. Avtovağzala sifariş əsasında gəldiyini deyən sürücülər sərnişinlərdən biletin ikiqat pulunu tələb edir. Onlar bunu rayonlardan boş qayıdacaqları ilə izah edirlər.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb