Avtovağzalda özbaşınalıq

12:00 | 15.05.2017
Avtovağzalda özbaşınalıq

Avtovağzalda özbaşınalıq

Qanunvericiliyə görə, dövlət mülkiyyətində olan əraziyə girişə heç kim qadağa qoya bilməz. Amma nədənsə Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu yöndə istisna təşkil edir. Bilməyənlər üçün deyək ki, əgər yaxınınızı qarşılamaq və yaxud yola salmaq üçün avtovağzal ərazisinə daxil olmusunuzsa, mütləq şəkildə 1 manat ödəniş etməlisiniz. Qurumun başbilənləri gözdən pərdə asmaq üçün formal xarakterli qəbz də verirlər. Qəbz isə ödənişin qanuni olmasına dəlalət etmir. Lap əgər siz cəmi 5 dəqiqə müddətinə avtovağzal ərazisində qalsanız belə, bu məbləği ödəməyə borclusunuz. Əks təqdirdə ərazini tərk etmək istəyərkən yolunuzu şlaqbaum kəsəcək. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin Kompleks ərazisinə daxil olduğunu nəzərə alsaq, bu şlaqbaum vasitəsilə ciblərə axan vəsaitin məbləğini təyin etmək bir qədər çətinləşir... Nəzərinizə çatdıraq ki, bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb.

anews.az xəbər verir ki, elə bu səbəbdən də məsələyə aydınlıq gətirməsi üçün rəsmilərə üz tutduq. "M Trans" MMC-nin sözçüsü Məhəmməd Abdullayev modern.az-a açıqlamasında struktur dəyişikliyi baş verdiyindən mövzuya dair suallarımızı cavablandırmaqdan yayındı.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən modern.az-a verilən məlumata görə, yaxın vaxtlarda Komplekslə bağlı bütün narazı məqamlara aydınlıq gıtiriləcək. Qurumdan da struktur dəyişikliyinin yenicə baş verdiyini əsas gətirərək bir qədər gözləməyi məsləhət gördülər.
 
Hüquşünas-ekspert Ərşad Hüseynov modern.az-a deyib ki, ərazi özəl qurum olduğundan istədiyi məbləği təyin etməkdə sərbəst idi:
"Bakı Beynəlxalq Avtovağzal Kompleksi indiyə qədər özəl qurum idi və xüsusi mülkiyyət sayılırdı. Ona görə də səlahiyyətlilər istədikləri məbləği tətbiq edə bilirdilər. Və buna görə də kimsə onları ittiham edə bilməz. Amma hazırda Kompleks Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə verilib. İnanram ki, bu məsələlərə aydınlıq gələcək".

Ekspert bildirir ki, qanun girişin ödənişli olmasını qadağan etmir:

"Qanun bunu nə qadağan edir, nə də məbləğini müəyyənləşdirir. Ona görə kimsə deyə bilməz ki, giriş 50 qəpik yaxud 1 manat olsun. Hər halda nazirlik vətəndaşları narazı salan məqamları nəzərə alacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM