Rusiyanın “AvtoVAZ” şirkətinin vitse-prezidenti Dəmir Kaşapovun həyat yoldaşı ölü tapılıb. APA – nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Moskva polisindən bildiriblər. Olqa Kaşapovanın meyiti Moskvanın Bolşaya Ordınka küçəsində yerləşən mənzildə tapılıb. Onun ölümü ilə bağlı iki versiya var. Birinci versiyaya görə, O.Kaşapova saunada özünü pis hiss edib və müvazinətini itirərək otaqdan çıxa bilməyib. Digər versiyaya əsasən, qadının ölümünə elektrik cərəyan səbəb olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !