Avtoyuma məntəqələrinin su sayğacından istifadə etməsi suyun səmərəsiz istifadəsi etməsi anlamına gəlməməlidir Bunu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bu gün qurumda keçirilən brifinqdə bildirib.
"Bu gün avtoyuma məntəqələrinin 95 faizi smart sayğaclarindan istifadə edir. Bu da o demək deyil ki, sudan necə gəldi istifadə etmək lazımdır. Onlara təbii ki, nəzarət edilir. Suyun çox istifadəsini minimuma endirmək yolunda adımlar atırıq", - qurumun sözçüsü bildirib.
Mayın 24-də Milli Məclisin deputatı Rüfət Quliyev çıxışında bildirib ki, bəzi xidməti sahələr var ki, sudan necə gəldi istifadə edir və onlara nəzarət mexanizmi yoxdur. Deputat həmin sahələrdən biri kimi avtoyuma məntəqələrini nümunə kimi göstərib.
BMT-nin son hesabatlarından birində Azərbaycan gələcəkdə sudan əziyyət çəkən 15 ölkə siyahısına daxil edilib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !