Çavuşoğlu Ermənistana çağırış etdi

23:41 | 19.05.2022
Çavuşoğlu Ermənistana çağırış etdi

Çavuşoğlu Ermənistana çağırış etdi

Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Azərbaycanın qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istəyini göstərdiyini deyən Çavuşoğlu Ermənistana hərtərəfli sülh sazişinin təklif edildiyini xatırladıb:

"Onlar dedilər ki, xarici işlər nazirləri hərtərəfli sülh sazişi danışıqlarını aparmalıdırlar, biz də sevindik və məmnun olduq. Ermənistanı bu xoş niyyətli yanaşmalara cavab verməyə çağırırıq. Ermənistanda administrasiyanın daxildəki radikalların, xaricdəki diasporun təzyiqi altında olduğunu görürük. Biz əvvəllər təkcə Blinkenə deyil, digər həmsöhbətlərimizə də demişdik ki, Ermənistan bu istiqamətdə daha çox təşviq edilməlidir”.

Çavuşoğlu daha sonra sərhədlərin müəyyən edilməsi üzrə birgə komissiyanın yaradılmasının gündəmə gəldiyini, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edildiyini və birgə sərhəd komissiyasının yaradıldığını deyib. 

Türkiyə XİN rəhbəri, həmçinin, Azərbaycanın da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəklədiyini və bunun müsbət hal olduğunu bildirib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb