NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən bugünkü telekonfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo bölgədəki vəziyyətlə bağlı müzakirələrdə Türkiyəyə qarşı ittihamlar səsləndirib.
Anews.az türk mediasına istinadən xəbər verir ki, Pompeo Ankaranı Aralıq dənizindəki müttəfiqləri ilə gərginliyi artırmaqda və Rusiyadan havadan müdafiə sistemi almaqda günahlandırıb.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Pompeonun iddiasına sərt reaksiya verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !