Çavuşoğludan ermənilərə mesaj

16:00 | 05.04.2015
Çavuşoğludan ermənilərə mesaj

Çavuşoğludan ermənilərə mesaj

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu 24 aprel öncəsi Ermənistana müraciət edib. ANS PRESS-in məlumatına görə, Litvanın paytaxtı Vilnüsdən ölkəsinə qayıdarkən Çavuşoğlu təyyarədə jurnalistlərin suallarına cavab verib. 

"Əvvəllər 24 aprel yaxınlaşarkən biz həmişə müdafiə mövqeyində olurduq. İndi təşəbbüs irəli sürürük. Təcavüzkar bir yanaşma ilə yox, fəal siyasətlə sülh tələbimizi dilə gətiririk. Müştərək acılarla dostluq qurulsun deyirik. Avropa Birliyi nazirimiz, parlamentimiz, səfirliklərimiz və diplomatlarımız bu istiqamətdə böyük səylər göstərirlər. Papanın ermənilərin tələbləri istiqamətində addım atmaması bu səylər nəticəsində əldə olunmuş bir uğurdur. Ümidvaram ki, Ermənistan da bu işin belə getməyəcəyini, bunun bir xeyri olmayacağını, dünyanın axırı olmadığını görəcək". 

Qeyd edək ki, Osmanlı dövləti zamanı müharibələr səbəbindən baş vermiş deportasiya zamanı meydana gələn tələfatları ermənilər bütün dünyaya və o cümlədən Türkiyəyə "soyqırımı" kimi qəbul etdirməyə çalışır. Rəsmi Ankara dəfələrlə bütün arxivləri açaraq mövzunun tarixçilər tərəfindən şəffaf araşdırılmasını təklif etsə də Ermənistan tərəfi bu çağırışa məhəl qoymayaraq bu il aprelin 24-də qondarma "soyqırımının" 100-cü ildönümünü qeyd etməyə hazırlaşır.
 
ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti