Çavuşoğludan eyni vaxtda başlayan yanğınlarla bağlı - Açıqlama

09:31 | 31.07.2021
Çavuşoğludan eyni vaxtda başlayan yanğınlarla bağlı - Açıqlama

Çavuşoğludan eyni vaxtda başlayan yanğınlarla bağlı - Açıqlama

"Yanğınlarla bağlı genişmiqyaslı araşdırma davam edir və məsələ ilə bağlı saxlanılanlar var”.


Anews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber”in canlı yayımında bildirib.


"Amma indiyədək aparılan araşdırmalar çərçivəsində konkret olaraq "Bu meşəni, bu bölgəni bu yandırdı, ya da bunlar yandırdı” deyəcək bir məlumat yoxdur.


Təbii ki, şübhələr var. Manavqatda eyni vaxtda dörd yerdə yanğının başlaması təbii bir şey deyil”,  - nazir qeyd edib.


Onun sözlərinə görə, Türkiyənin eyni anda bir çox şəhərində bu qədər yanğının başlaması da təbii qarşılanmır:


"Xalqımızın da, bizim də şübhələrimiz var. Amma bu araşdırmalar nəticəsində ortaya real bir şey çıxmadan "Elə oldu, belə oldu” ehtimalı ilə yanlış məlumat verməyimiz doğru olmaz”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM